Xəbər verildiyi kimi, problem saat 10:35 radələrində metronun "Qara Qarayev” stansiyasında qeydə alınıb.Sərnişinlər qatardan təxliyyə olunub.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza açıqlamasında faktı təsdiqləyib.
O bildirib ki, problem "Həzi Aslanov” - "Dərnəgül” xətti üzrə hərəkət edən qatarda olub:
"Qatarda yaranan nasazlıq səbəbindən sərnişinlər boşaldılıb. Qatar dərhal depoya göndərilib. Əvəzinə xəttə yeni qatar buraxılıb. Yaranmış problemlə əlaqədar iki qatar arasında 11 dəqiqəyə yaxın interval yaranıb”.