Səsvermənin son nəticəsi məlum oldu
26.07.2019
Ukraynanın Mərkəzi Seçki Komissiyası protokolların 100 faizinin sayıldığını açıqlayıb.
Xəbər verildiyi kimi, nəticələrə əsasən, Zelenskinin Xalqın Xidmətçisi Partiyası 43.16 faiz səs toplayıb.
İkinci pillədə 13.05 faiz səs toplayan Yuri Boykonun Həyat Uğrunda Müxalif Platforması , üçüncü sırada isə 8.18 faizlə Yuliya Timoşenkonun Batkivşinası yer alıb.
Eks-prezident Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası 8.10 faiz, Səs Partiyası isə 5.82 faizlə ilk beşliyə düşüb.