Nisbilik nəzəriyyəsi isbat edildi
26.07.2019
Alimlərdən ibarət beynəlxalq qrup Eynşteynin ümumi nisbilik nəzəriyyəsini təsdiq edib.
Bu barədə "EurekAlert”da dərc edilən məlumatda deyilir.
Məlumata görə, onlar buna Süd Yolunun mərkəzində Oxatan A adlı fövqəl kütləli qara dəliyi müşahidə edərkən nail olublar.
Məlum olub ki, nisbilik nəzəriyyəsi qara dəliyin cazibəsindən təsirlənən işığın hərəkətini dəqiq şəkildə təsvir edir.
Alimlər qırmızı cazibənin yerini dəyişməsi adlı effekti təhlil ediblər.
Belə ki, bu zaman işığın tezliyinin dəyişməsi baş verir. O, güclü cazibə sahəsi ilə yayılır və elektromaqnit şüa dalğalarının uzunluğu artır, yəni spektrin qırmızı sahəsi tərəfə keçir.