Makron Consonu Parisə çağırdı
26.07.2019
Fransa Prezidenti Emmanuel Makronla Britaniya Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.
Bu məlumatı Fransa Prezidentinin mətbuat xidməti yayıb. Məlumata görə, telefon danışığı zamanı Makron Consonu yaxın həftələrdə Fransaya Breksit ətrafında yaranan situasiyanı müzakirə etməyə dəvət edib.
Hələlik Britaniya tərəfi telefon razılaşmasına şərh verməyib.