Gələn il "Formula 1" iyunda keçiriləcək
26.07.2019
Gələn il "Formula 1" üzrə Azərbaycan Qran-prisinin iyun ayında keçirilməsi nəzərdə tutulur.
Dövran Media Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gənclər və İdman naziri Azad Rəhimov açıqlama verib.
Nazir deyib: ""Formula 1"in yeni təqvimi hələlik açıqlanmayıb. Ehtimal ki, iyunun 7-də təsdiqlənəcək".