Çavuşoğlu: Bu, "bir millət, iki dövlət”ə yaraşan haldır
25.07.2019
Azərbaycan 2019-cu ilin sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək.
Xəbər verildiyi kimi, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində bildirib.
"Viza rejimi Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında əldə edilən razılıq əsasında ləğv olunub. Bu da "Bir millət, iki dövlət”ə yaraşan haldır”, - Çavuşoğlu yazıb.