O, baş nazir ola bilər
25.07.2019
Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariya gələcəkdə baş nazir və parlamentin spikeri ola bilər.
Xəbər verildiyi kimi, bunu "Sputnik Gürcüstan”a açıqlamasında Badri Naçkebiya deyib.
"Bu gün Qaxariyanın siyasi fiqur kimi reytinqi artır. Mən onun baş nazir və ya spiker kimi namizədliyinin nəzərdən keçirildiyini istisna etmirəm”, – deyə o bildirib.
Onun sözlərinə görə, son proseslər Bidzina İvanişvilinin siyasi xadimlərlə bağlı "qızıl ehtiyatı”nın olduğunu sübuta yetirir və o, bu ehtiyatdan yaxın gələcəkdə mütləq istifadə edəcək.
Qeyd edək ki, Qaxariya iyunun 20-də parlament qarşısında başlayan etiraz aksiyalarının qarşısının şiddətli formada alınmasının əsas müəllifidir. Bundan sonra etirazçılar hökumətdən israrla onun istefasını tələb etsələr də, hökumət bununla razılaşmamış və Qaxariya istefa etməmişdi.