Milli Kino Günü qeyd olunacaq
25.07.2019
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2 avqust 2019-cu il tarixində saat 18:00-da Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Verilən məlumata görə, mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi mərasimdə dövlət studiyalarında son illər ərzində görülmüş işlər haqqında video-çarxlar vasitəsilə məlumatın verilməsi və bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulub.
Tədbirdə, həmçinin dövlət sifarişi ilə istehsal olunmuş, gənc rejissorlar Kamal Yaşarın "Dan yeli”, Pərviz Həsənovun "Soraq”, eləcə də Orxan Ağazadənin müstəqil şəkildə çəkdiyi "Oturacaqlar” qısametrajlı bədii filmləri nümayiş etdiriləcək.