O, 9 gündən sonra ilk dəfə üzə çıxdı
25.07.2019
Türkmənistan Prezidenti Qurbaqulu Berdiməhəmmədov uzun müddətdən sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.
Xəbər verildiyi kimi, Berdiməhəmmədov 9 gündən sonra ilk dəfə dövlət televiziyasında çıxış edib.
Qeyd edək ki, Berdiməhəmmədovun ölüm xəbəri 21 iyulda Rusiya mətbuatı tərəfindən yayılmışdı. Mətbuatda xəbərin əsas mənbəyi olan türkmən müxalif ekspert Aslan Rubayev sonradan Berdiməhəmmədovdan üzr istəmişdi.