Dəmir yolunda yanğın: Fasilələr yarandı
24.07.2019
İtaliyanın Florensiya şəhərində dəmir yolunun transformator stansiyasında baş verən yanğın ölkə üzrə qatarların hərəkətində fasilələrin yaranmasına səbəb olub.
Hadisə nəticəsində ölkənin əsas şimal-cənub dəmir yolu xəttində hər iki istiqamətdə qatarların hərəkətində uzunmüddətli gecikmələr yaranıb.
İtaliya Dövlət Dəmiryolu Şirkəti (RFİ) yanğının naməlum şəxs və ya şəxslər tərəfindən törədildiyini bildirib.
Şirkətdən bildiriblər ki, qatarların hərəkətində təxminən 3 saatlıq gecikmə olub. Bu isə gün ərzində normal hərəkət qrafikin bərpa olunmasına çətinliklər yaradıb. Yanğın səbəbindən 25 sürət qatarın hərəkəti ləğv edilib.
Faktla bağlı araşdırma aparılır.