Alkoqoldan zəhərlənən caz kraliçası
24.07.2019
Emi Vaynhaus - əsrarəngiz səs və möhtəşəm caz qırtlağı, qısa musiqi kariyerasında mükafat yağışına tutulan iki albom və unudulmaz mahnıları ilə sevənlərinin yaddaşındadır.
sensasiyalı həyatı, böyük eşqi, qabarıq saçları, vintaj tərzli geyimi, çılğın döymələri, modern "pin-up" tərzi ilə tarixə keçən müğənni 27 yaşında vəfat edib.
Bu gün sənətçinin ölümünün 8-ci ildönümüdür.
14 sentyabr 1983-cü ildə dünyaya gələn müğənninin ilk albomu "Frank" adlandırılıb. Üç il sonra - 2006-cı ildə "Back to black" albomu ilə tamaşaçıların qarşısına çıxan "Ən yaxşı yeni sənətçi", "İlin mahnısı", "İlin ən yaxşı albomu" nominasiyaları üzrə "Grammy" mükafatlarına namizəd olub və beş mükafat qazanıb.
Emiyə həyatında problemlər yaradan isə içki və narkotik düşkünü olması idi. Onu bu düşkünlüyə isə həyat yoldaşı Bleyk Filder cəlb etmişdi. Emi açıqlamalarında "Mən soyadım kimiyəm (şərab evi)" deyə, içki düşkünü olmağından bəhs edirdi.
Uzun illər problemləri ilə medianın gündəmindən düşməyən ifaçı 2011-ci ildə evində ölü tapılıb.
Ölümünün səbəbi isə alkoqoldan zəhərlənmə deyə, göstərilib.