Əsəddən ABŞ-ın hücum planına - REAKSİYA
12.04.2018
Döyüş meydanında əldə etdiyimiz hər zəfərdən sonra bəzi Qərb dövlətlərinin səsi yüksəlir və onlar hadisələrin gedişini dəyişdirmək üçün müəyyən cəhdlər edirlər.
"Dövran Media" xəbər verir ki, bu sözləri Suriya lideri Bəşər Əsəd deyib.
"Bu cəhdlər və ya hər hansı bir müdaxilə beynəlxalq sülh və təhlükəsizliyi təhdid etməkdən, sabitliyi pozmaqdan başqa bir işə yaramayacaq”, - Əsəd bildirib.
Qeyd edək ki, son vaxtlar Suriyanın Şərqi Qutaya kimyəvi hücum etməsi böyük xaosa səbəb olub. ABŞ-ın Suriyanın hərbi obyektlərinə zərbə endirəcəyi gözlənilir.