21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Trampla senatorlar arasında Türkiyə MÜBAHİSƏSİ - ŞOK detallar

24.07.2019

ABŞ Prezidenti Donald Tramp və senatorların iştirakı ilə Ağ Evdə keçirilən Türkiyəyə S-400 zenit raket komplekslərinə görə sanksiya tətbiqi məsələsinin müzakirə edildiyi görüşün təfərrüatı bəlli olub.
Bu barədə "Vaşinqton Post” nəşri yazıb.
Məlumata görə, toplantıda Tramp senatorları sanksiyalarla bağlı geri addım atmağa dəvət edib, lakin qarşılığında həm respublikaçı, həm də toplantıya məktub göndərmiş demokratlar NATO müttəfiqi Türkiyəyə qarşı sanksiya tətbiq edilməsinin vacibliyini vurğulayıb.
Toplantıda Trampın Türkiyə ilə sanksiya dili ilə danışmağın deyil, masaya oturmağın tərəfdarı olmasını bildirməsi respublikaçıların lideri Cim Rişlə dövlət başçısı arasında mübahisəyə səbəb olub.
İclasda iştirak edən senatorların sözlərinə görə, gündəm əvvəldən "Türkiyəyə qarşı mümkün sanksiyalar” kimi müəyyən edilsə də, Trampın mövzuya olduqca laqeyd yanaşması diqqət çəkib. Trampın səhiyyə sistemi, köç və s. məsələlərlə açdığı toplantı senatorlardan birinin sanksiya məsələsinə toxunması ilə davam edib. Adının açıqlanmasını istəməyən senator toplantını bu cür xarakterizə edib:
"Trampın mövqeyi iki partiyanın da mövqeyindən fərqlidir. Həm demokratlar, həm də respublikaçılar ABŞ-ın S-400 alışına görə Türkiyəyə qarşı sanksiya tətbiq etməli olduğu fikrini müdafiə edir. Toplantıya daxil olmayan bəzi demokrat senatorlar da bir məktub yollayaraq Pompeo və bir çox respublikaçı senatorla eyni fikirdə olduqlarını çatdırıblar”.
Nəşrin yazdıqlarına əsasən, bəzi respublikaçı senatorlar sanksiyalardan daha çox "Ərdoğanla necə razılaşa bilərik” sualı ətrafında müzakirələr aparıblar. Toplantıda iştirak edən senator Devid Perdyu Türkiyə ilə ABŞ arasında iqtisadi münasibətlərin əhəmiyyətini vurğulayıb:
"Sanksiyalar əvəzinə bəzi sərbəst ticarət anlaşmaları bağlana bilər. Bir ehtimal da Rusiya ilə Yaxın Şərqdəki mövqeyinə dair görüşməkdir, bizimlə ticarət aparmaq da istəyirlər”.
Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 almasından sonra ABŞ Konqresi tərəfindən təsdiq olunan CAATSA sanksiyaları 45 respublikaçı senatorun iştirakı ilə Ağ Evdə müzakirə edilib. Sözügedən sanksiyalar təsdiqlənəcəyi halda Türkiyə CAATSA sanksiyalarına məruz qalan ilk NATO müttəfiqi olacaq.