Ərdoğandan Avropaya cavab: Çəkinməyəcəyik
24.07.2019
Örtülü və ya açıq heç bir sanksiya təhdidi Türkiyəni haqlı mübarizəsindən çəkindirməyəcək.
Bunu Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Avropa Birliyinin Ankaraya Şərqi Aralıq dənizində aparılan qazma işləri ilə bağlı sanksiya tətbiq etmək istəməsinə cavab olaraq deyib.
"Türkiyə müstəqilliyinə, vətəndaşlarının təhlükəsizliyinə qarşı hər cür təhdidi zərərsizləşdirəcək gücə sahibdir”, - Ərdoğan bildirib.