60 il yuyunmayan insan təsəvvür edirsiz? - Elə isə OXUYUN +FOTOLAR
12.04.2018
60 ildir vücuduna bir damla da su dəyməyən 80 yaşında bir insan düşünün. Bəli, ömründə bircə dəfə də olsun yuyunmayan bu insanı görməsəydiniz təsəvvür etməyiniz çətin olardı.
İranda çöldə yaşayan bu insan təqribən 80 yaşındadır. Amma ən çox görənləri şoka salan da onun bu qədər vaxt ərzində yuyunmamasıdır. Bir gün İranın xəbər agentliyi onu tapır və həyat tərzini əks elətdirən fotolarını çəkir. Qısa müddətdə beynəlxalq bir mövzuya çevrildi bu hadisə. Fotolara baxarkən insan deyilə biləcək bir nəsnədən tamamən uzaq bir mənzərə ilə qarşılaşır hər kəs. Vücudu torpaq qatından ibarət Amoo Hadji adlı bu insan, bütün ömrünü çöllərdə keçirib. 60 ildir tənha yaşayan Amoo heyvan zir-zibilləri yeyərək bəslənir. Kim isə onun insanlarla nədən ünsiyyət qurmadığı haqda məlumatlı deyil. Niyə yuyunmadığı haqda da məlumatı olan yoxdur. Bəlli olan, yalnız bir şey var: Amoo, siqaret çəkməyi çox sevir. Yaşadığı ərazidə yerləşən kənd sakinləri onun üçün bir daxma tiksələr də ertəsi gün onu vəhşi təbiətin qoynunda oyanarkən görürlər. Aynaya baxdıqda isə onun nə hisslər keçirdiyini kimsə başa düşə bilmir. Doğrudan da hər kəs bu dünyada sərbəst yaşamaq haqqına sahibdir. Amma bu insan deyəsən sərhədləri çoxdan aşıb. "Dövran Media" Amoo Hadjinin fotolarını təqdim edir:
Səbuhi Zaman