Murad Köhnəqalaya EV VERİLDİ
23.07.2019
Prezident İlham Əliyev şair-publisist Murad Köhnəqalaya mənzil hədiyyə edib.
Bu barədə məlumatı şairin özü sosial şəbəkədə paylaşıb.
O bildirib ki, mənzil problemi ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətə müsbət cavab verilib:
"Bu şad xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən mənə zəng edərək bildirdilər. Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.
Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram! Qoy həmişə günəş olsun!”