Məhkəmə Ronaldo ilə bağlı qərar verdi
23.07.2019
"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun model Ketrin Mayorqaya təcavüz etməsi ilə məhkəmə qərar verib.
ABŞ-ın Las Veqas şəhəri məhkəməsi portuqaliyalı hücumçunu heç bir məsuliyyətə cəlb etməyib.
Bildirilib ki, polis istintaqının hesabatı nəzərdən keçirilib və təcavüzlə bağlı sübutların olmadığı aşkarlanıb.
Qeyd edək ki, Ronaldonun 2009-cu ildə Mayorqaya təcavüz etməsi və ona susması qarşılığında 375 min avro verməsi ilə bağlı iddialar yayılmışdı. Ancaq 34 yaşlı oyunçu bu iddiaları təkzib etmişdi.