Azərbaycanlı Kiyevdə polisi döydü
23.07.2019
Ukraynada Azərbaycan vətəndaşı patrul polisini döyüb.
Bu barədə Kiyev polisi məlumat yayıb.
Polis nəfəri hadisə zamanı vəzifə başında olmasa da, azərbaycanlı sürücüyə yol hərəkəti qaydalarını pozması ilə bağlı irad tutub, eyni zamanda, öz avtomobili ilə soydaşımızın idarə etdiyi maşının qarşısını kəsib.
Mübahisəyə daha bir azərbaycanlı qoşulub, sürücünün yaxın qohumu olan bu şəxs polisə bir neçə zərbə vurub.
Zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun qapalı kəllə-beyin travması aldığı bildirilir. Mübahisədə iştirak edən hər iki azərbaycanlı saxlanılıb.