III Dünya müharibəsi gözlənilir: GENERAL DANIŞDI
12.04.2018
Üçüncü Dünya müharibəsinin başlanması təhlükəsiz mövcuddur.
"Dövran Media" xəbər verir ki, bunu "Obozrevatel” saytına açıqlamasında Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general-polkovnik Anatoli Lopata deyib.
"Bəzi sərt bəyanatlara rəğmən dünya hələ də bu tip şeylərin qarşısının alınması üçün müəyyən sistemə sahibdir. ABŞ və Rusiyanın münasibətlərinin kəskinləşməsi müsbət heç nə vəd etmir. Kreml III Dünya müharibəsini başlatmaq üçün nə mənəvi, nə iqtisadi, nə də siyasi imkanlara sahibdir”, – deyə o bildirib.