03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əməliyyat: 47 hərbçi saxlanıldı

23.07.2019

Türkiyədə FETÖ (Fəthulllah Gülən hərəkatı) terror təşkilatı ilə mübarizə çərçivəsində İzmirdə əməliyyat keçirilib.
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin 47 hərbçisi saxlanılıb. Saxlanılanların ayrı-ayrı hərbi strukturların əməkdaşları olduğu bildirilir.
Məlumata görə, əməliyyat Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizə Xidmətində keçirilib. Daha öncə aparılan araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu üzə çıxıb.
Ümumiyyətlə, son aylar ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1000-dən çox hərbi qulluqçu xaric edilib.
Qeyd edək ki, Fətullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.