03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ generalından sensasiya: "Ərdoğandan sonranı" düşünməliyik...

23.07.2019

Türkiyənin F-35 proyektindən kənarlaşdırılması üçün çalışan müttəfiqlər bununla da kifayətlənmək istəmirlər.
"Dövran Media" Musavat.com-a istinadən xəbər verir ki, qlobal media şəbəkəsini idarə edən İsrail lobbisi Ərdoğandan sonrakı dövrə hazırlıq çağırışları edir.
İttifaq üzvləri isə Türkiyəni NATO-dan da çıxararaq, Ankaraya bunun bədəlini ödətmək istəyirlər.
"Bütün bunlar onu göstərir ki, qərb dünyasının tək dərdi Türkiyənin Rusiyadan S-400 alması deyil, bu məsələ daha böyük çevrilişlər üçün sadəcə bəhanədir", - məlumatda deyilir.
Türkiyəyə qarşı mütləq böyük cəza tədbirlərinin görülməsi fikrində olan "Vol strit” (Wall street) jurnalının əməkdaşları media vasitəsilə kəskin fikirlər bəyan edir.
"Ərdoğana sonsuzadək iqtidarda olmayacaq. Ondan sonra gələcək şəxs qərbə düşmənlik məsələsini bir daha düşünməlidir. Türkiyəyə cəzasını Tramp verməsə də, müttəfiqlər verəcək" , - deyə bir yazıda qeyd olunub.
ABŞ ordusunun sabiq generalı Ben Hoces də dəvət aldığı verilişdə "Ərdoğandan sonranı" düşünməliyik çağırışını edib.
"Türkiyə-ABŞ əlaqələrinin ilk versiyası çox güman ki, bu il sona çatacaq. Lakin biz bu əlaqələrin ikinci versiyası və Ərdoğansız Türkiyə haqda düşünməliyik. Rusiyadan S-400 alınması isə Ərdoğanın sadəcə şəxsi istəyilə gerçəkləşib".
"Bəs Ərdoğan hakimiyyətdə qalmağa davam etsə?" - sualına cavab olaraq Hoces deyib: "Bu, çox çətin olar hər kəs üçün. Lakin hər iki tərəf geostrateji çərçivədə hərəkət etməlidir. Türkiyəni itirməyi gözə ala bilmərik".