Bu ölkə qaranlığa qərq oldu
23.07.2019
Venesuelanın paytaxtı Karakas və daha 15 ştatda elektrik enerjisinin verilişi dayandırılıb.
Bu məlumatı "El Nacional” qəzeti yayıb. Məlumata görə, enerji kəsintisi ilə əlaqədar Karakas metrosunun 5 xəttindən 3-də iş dayandırılıb.
Qeyd edək ki, bundan öncə mart ayında Venesuelada elektrik kəsintisi yaşanmışdı. Belə ki, kəsinti nəticəsində ölkənin 90%-i bir neçə gün işıqsız qalmışdı.