Cefri Ankarada: Görüş bitdi
22.07.2019
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin Türkiyə Xarici İşlər Nazirliyində keçirdiyi görüş başa çatıb.
Görüşdə Suriyanın İdlib bölgəsindəki vəziyyət, təhlükəsizlik dəhlizi, Suriyada Konstitusiya Komitəsinin təşkili və siyasi nizamlama məsələləri gündəmdə olub.
Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün rusiyalı həmkarı Sergey Lavrovla da mövzu ətrafında telefonda müzakirə aparıb.