Oğruların ən çox sevdiyi maşınlar
22.07.2019
Bu il maşın oğrularının hədəfinə ən çox "Hunday Solaris” avtomobili tuş gəlib.
Xəbər verildiyi kimi, bu barədə Rusiyanın "Renessans Sığorta” şirkəti məlumat yayıb.
Siyahıda ikinci yeri "Kia Rio”, üçüncü yerdə isə "Kia Ceed” avtomobilləri yer alıb.
"Hunday Creta”, "Ford Kuga”, "Hunday Tukson”, "Toyota RAV4”, "Hunday X35”, "Hunday Santa Fe” və "Kia Optima” avtomobilləri siyahıda digər yerləri bölüşüb.