Anar Ağakişiyev bu dəfə "Bəxt üzüyü" filminin Sarası kimi tanınan, Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru Gülşad Baxşıyevanı makiyajla gözəlləşdirib.
"Dövran Media" xəbər verir ki, tanınmış makiyaj ustası Gülşad Baxşıyevanın makiyajdan əvvəl və sonrakı görüntülərini sosial şəbəkədə paylaşıb:
"Bu dəfəki dəyişimi "Bəxt üzüyü" filmindən Sara rolu ilə tanıdığımız, gözəl aktrisamız Gülşad Baxşıyeva üzərində etdik. Sizinlə işləmək mənə sadəcə və sadəcə zövq verdi”.