21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Brilliantın“Vokaliz”ini erməni festivalda oxudu: Xalq artistindən soyuq reaksiya - VİDEO

22.07.2019

Erməni müğənni Siranuş Harutyunyan (Siruşo) illər öncə repertuarına icazəsiz şəkildə saldığı Azərbaycan mahnısını yenidən ifa edib.
Xəbər verildiyi kimi, erməni ifaçı Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanın repertuarında yer alan "Vokaliz” mahnısını "Yurmala” festivalında "Takka tukka” deyərək oxuyub.
Siruşo "Instagram” hesabının "Story” bölməsində festivalın səhnəsində səsləndirdiyi mahnının görüntülərini paylaşıb.
Brilliant Dadaşova bu məsələyə soyuqqanlı yanaşıb: "Göndərərdilər məni "Yurmala” festivalına, mən də orada çıxış edib "Vokaliz”i necə lazımdır, ifa edərdim. Mən tək başına heç bir şey edə bilmərəm. Tək əldən səs çıxmaz. Biz ermənilərlə müharibə şaraitində yaşadığımız üçün onları məhkəməyə verə bilmərik. Bundan öncə də belə bir hadisə yaşanmışdı. İstədik ki, məhkəmə yolu ilə hüquqlarımızı tələb edək, lakin alınmadı. Bizim ermənilərlə mədəni əlaqələrimiz də yoxdur”.
B.Dadaşova bildirib ki, bəzi axmaq, səsi olmayan zəif müğənnilər bu gözəl əsəri "Takka tukka” deyə oxuyurlar:
"Amma onlar başa düşmürlər ki, bu bir sənət əsəridir. Bu əsərlə biz dünyanı mat qoya bilərik. Onu da deyim ki, bu mahnının biz müəllif hüquqlarını 19 il öncə təsdiqlətmişik. Bu, mahnı deyil, əsərdir. Mən bu əsəri şəxsən özüm yaratmışam. Meydan, Bakı xalq mahnıları və Vaqif Gərayzadənin "Caz-folk”unu birləşdirib səsimlə musiqi alətlərini təqlid etmişəm. Əsərdə söz yoxdur. Müəllif hüquqlarında bu əsər mənim adımla qeydiyyatdan keçib. Müvafiq qurum bununla bağlı "Yurmala” festivalının təşkilatçılarına etirazını bildirməlidir”.