Məşhur "SAB"-ın şirkəti cərimələndi
22.07.2019
Bakı Apelyasiya Məhkəməsində "Zəhmət-Ruzi” MMC-nin 300 manat cərimə edilməsi barədə qərardan verilən şikayətə baxılıb.
"Report"un xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
Qeyd edək ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib.
İnzibati Xətalar Məcəlləsinin 347-ci (dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsinə əsasən, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Şirkət Nəsimi Rayon Məhkəməsinin 1 aprel 2019-cu il tarixli qərarından şikayət vermişdi.
Qeyd edək ki, "Zəhmət-Ruzi” MMC Azərbaycanda təxminən 15% bazar payı ilə "SAB" adlı 100-dək çeşiddə kolbasa, süd və delikates məhsullarının istehsalçısıdır.