İrandan ABŞ-a ağır zərbə - Casuslar tutuldu
22.07.2019
İran ölkədə ABŞ və digər xarici ölkələr üçün casusluq edən şəxsləri ələ keçirib.
Bu haqda İranın kəşfiyyat naziri Mahmud Ələvi bildirib.
Tehranda hökumət toplantısından sonra mətbuat konfransı keçirən kəşfiyyat şefi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işlədiyi iddia edilən şəxslərin məhkəmə orqanlarına təhvil verildiyini, adlarının isə sabah açıqlanacağını deyib. O, casus qrupunun neçə nəfərdən ibarət olduğunu açıqlamayıb.