Bədheybətin qalıqları tapıldı
21.07.2019
Mütəxəssislər Antarktidanı tədqiq edərkən dəhşətli bədheybətin qalıqlarını aşkar ediblər.
Seymur adasında nəhəng dəniz heyvanının qalıqları aşkar edilib.
Bildirilir ki, dəniz sürünəni xarici görünüşünə görə yadplanetli məxluqa bənzəyir.
Ekspertlərin fikrincə, bu canlı dinozavrlarla eyni dövrdə yaşayıb və elasmozavrların nümayəndəsidir.
Qeyd olunur ki, uzunluğu 12 metrə çatan bədheybətin çəkisi 11,8-14,8 ton olub. Bu dəniz canlısı bu günə qədər elm aləminin kəşf etdiyi ən ağır məxluq sayılır.