Putinin məktubuna cavab: Qürur duyuram
21.07.2019
Suriya Prezidenti Bəşər Əsəd Rusiya Prezidenti Vladimir Putinin ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi münasibətilə göndərdiyi təbrik məktubuna cavab verib.
Bu barədə RİA yazıb.
Əsəd ölkəsinin Rusiya ilə yaradılmış dostluq münasibətləri ilə qürur duyduğunu bildirib.
"Rusiya ilə dostluq və xalqların qardaşlıq əlaqələri ilə qürur duyuruq. Suriya bundan sonra da Rusiya ilə müxtəlif sahələrdə əlaqələrini inkişaf etdirəcək”, - Əsəd bildirib.