Türk ordusu PKK-ya aman vermədi
21.07.2019
Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və xaricində PKK terror qruplaşmasına qarşı antiterror əməliyyatlarına davam edir.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.
Məlumata görə, ölkə daxilində - Ağrı bölgəsində keçirilən əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib.
Ölkə xaricində isə "Pəncə” əməliyyatı ilə koordinasiyalı şəkildə keçirilən əməliyyat zamanı İraqın şimalındakı Metina bölgəsində PKK terror qruplaşmasına məxsus sığınacaq, anbar, silah mövqeləri məhv edilib.