6 min məhbus əfv edildi
20.07.2019
Belarusun Almaniya işğalından azad edilməsinin 75 illiyi ilə əlaqədar Belarus Prezidenti Aleksandr Lukaşenko əfv fərmanı imzalayıb.
Bu məlumatı Belarus mətbuatı yayıb. Lukaşenkonun qərarı əsasında Belarus həbsxanalarından 6 min məhbusun azadlığa buraxılması nəzərdə tutulub. Bununla belə bəzi yetkinlik yaşına çatmayanların həbs müddəti 2 il müddətinə azaldılıb.