İrandan saxlanılan tankerlə bağlı - AÇIQLAMA
20.07.2019
İran Britaniyanın neft tankeri olan "Stena İmperonu” niyə saxladığını açıqlayıb.
Bunu Limanlar və Gəmiçilik Vilayətləri Təşkilatlarının rəhbəri Hörmüzqan Allahmurad Afifipur deyib.
Onun sözlərinə görə, Britaniya tankeri İranın balıqçı gəmisi ilə yaşanan insidentdən sonra saxlanılıb. O, britaniyalıların İran gəmisinin verdiyi təhlükə siqnalına məhəl qoymadığını bildirib. Afifipur insidentdən sonra tankerin 23 ekipaj üzvünün SEPAH katerlərinin müşayiəti ilə Bəndər Abbas limanına gətirildiyini bildirib. O, təhlükəsizlik məqsədiylə araşdırma bitənə qədər ekipajın tankerin bortunda qalacağını bildirib.
Qeyd edək ki, bundan öncə Britaniya İran tərəfindən iki tankerinin saxlanıldığını desə də rəsmi Tehran bunu təkzib etmişdi. Sonradan İranın həqiqətən Liberiya bayrağı altında üzən "Məsdar” gəmisini saxladığı müəyyən edilmişdi. Daha sonra SEPAH bu gəmini guya yanacaq sızıntısı olduğuna görə saxladığını, daha sonra gəminin buraxıldığını etiraf etmişdi.