21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyədən ABŞ və Rusiyaya ÇAĞIRIŞ: Küçə davasını buraxın!

11.04.2018

ABŞ və Rusiya bir-biri ilə küçə qoçuları kimi dalaşırlar.
"Dövran Media"nın "Sözcü”yə istinadən xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım XXI Avrasiya İqtisadi Forumunda ABŞ-la Rusiya arasında mövcud gərginliyə münasibət bildirərkən deyib.
B. Yıldırım qeyd edib ki, ABŞ-la Rusiya "Twitter” vasitəsilə bir-birlərini hədələyirlər:
"O deyir, mənim yaxşı raketim var, bu deyir, mənim yaxşı raketim var…
Sanki küçə davasıdır. Bəs bunun bədəlini kim ödəyir, acısını kim yaşayır? Məhz küçələrdəki insanlar. Ona görə küçə davasını, qovğasını bir yana qoymaq zamanıdır.
Bu gün Balkanlarda sülhün, təhlükəsizliyin, sabitliyin davam edə bilməsi üçün hamımızın üzərinə böyük məsuliyyət düşür. Çünki Orta Şərqdə yetərincə problem var. Başqa bölgələrə bu problemlərin yayılmasının qarşısını mütləq almalıyıq.
Türkiyə Balkanlarda bu anlayışla hərəkət edir. Türkiyənin heç vaxt imperialist hədəfi olmayıb. Bundan sonra da olmayacaq. Türkiyə getdiyi yerə yaxşılıq, dostluq, sülh üçün gedir”.