Kralıça özünə aşbaz axtarır - maaş 47 min manatdır
18.07.2019
Böyük Britaniya kraliçası II Elizabet özünə aşpaz axtarır.
Bukinqem Sarayının elanında bildirilib ki, sarayda birinci sinif mətbəxdə işləmək üçün ali səviyyəli aşbaza ehtiyac var. Aşbazda axtarılan xüsusiyyətlər arasında dünyanın fərqli mətbəxləri ilə tanış olması kriteriyası diqqət çəkib. Aşbaz sarayda yaşayacağı üçün yemək və yatmağa məsrəfi çıxmayacaq.
Bu vəzifə üçün müəyyən edilən aylıq maaş isə 22 min funt-sterlinqdir (47 min manata yaxın).