21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qoyunçuluqda neçənci yerdəyik?

18.07.2019

Azərbaycan qoyun ətinin istehsalı üzrə dünya ölkələri arasında 28-ci yerdə qərarlaşıb.
Bbu sözləri "Azərbaycanda Qoyunçuluq Dəyər Zəncirinin İnkişafı: 2025-ci ilə Baxış” seminarında çıxış edən Dəyər Zənciri üzrə beynəlxalq məsləhətçi Mita Pancabi bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə ölkədə 79 min ton qoyun əti istehsal edilib. Ölkədə 8 mln. baş quyun olduğu qeydə alınıb (2007-ci ildə bu göstərici 7 mln təşkil edib). Dünya üzrə bu göstərici 1,2 mlrd-dan artıq olub ki, bu da 8,5%-lik artım deməkdir. Azərbaycan qoyun sayı üzrə dünyada 41-ci yer tutur.
M. Pancabi sözlərinə görə, Azərbaycanda qoyunçuluğun inkişafına təsir göstərən əsas mənfi amillərdən biri otlaqların azalmasıdır. Bundan başqa, bu sahədə tələb və təklif arasında boşluq mövcuddur./apa/