21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nəhəng teleskopun inşasına başlanılır

18.07.2019

İyulun 15-də Havay adalarında 30 metrlik teleskopun (Thirty Meter Telescope, TMT) tikintisinə başlanılacaq. Bu barədə yerli administrasiyanın məlumatında deyilir.
Dövran Media ICTnews-a istinadən bildirir ki, "TMT" 30 metrlik güzgü seqmentinə malik iri astronomik rəsədxana layihəsidir. Layihə böyük səs-küyə səbəb olub. Məsələ ondadır ki, kompleks Havay mifologiyasında müqəddəs hesab edilən Havay adasının Mauna-Kea dağında tikilməlidir. Tikintinin əleyhdarlarının sözlərinə görə, rəsədxananın yaradılması müqəddəs dağı təhqir edəcək.
"ТМТ" teleskopunun inşası əvvəlcə 2011-ci ildə təsdiq edilib, ilk işlərə isə 2014-cü ilin oktyabrında başlanılıb. Lakin 2015-ci ilin yazında layihə əleyhdarları onun icrasının dayandırılmasına nail olublar. Bu dəfə isə rəsədxananın faktiki yaradılmasının bir neçə günə bərpa ediləcəyi bildirilir.
Məlumata görə, teleskopun güzgüsü ümumi sahəsi 655 kvadratmetr təşkil etməklə hər biri 1,4 metr olan 492 altıbucaqlı seqmentdən ibarət olacaq. İlk elmi müşahidələrə növbəti onilliyin ikinci yarısında başlamaq planlaşdırılır. Rəsədxananın planlaşdırılan istismar müddəti 50 il təşkil edir.
Perspektivdə 30 metrlik teleskop kainatın müxtəlif obyekt və strukturları haqqında vacib məlumatlar toplamağa imkan verəcək. "Hubble Space Telescope" teleskopu ilə müqayisədə yeni rəsədxana vasitəsilə əldə ediləcək təsvirlər təxminən 10-12 dəfə dəqiq olacaq.