21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“5G” idarəetməli ilk avtomobil yaradılıb

18.07.2019

"Samsung" şirkəti Qudvud sürət festivalında (Goodwood Festival of Speed) beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) vasitəsilə məsafədən idarə olunan dünyanın ilk avtomobilini təqdim edib.
 Məlumata görə, eksperimental avtomobil "Lincoln MKZ" modeli əsasında yaradılıb. O, virtual reallıq (VR) mühitində işləyən "Designated Driver" distansiyalı idarəetmə sistemi ilə təchiz edilib.
Platforma "Samsung Gear VR" qarniturunun və "5G" şəbəkəsi vasitəsilə məlumatların ötürülməsi üçün terminal qismində çıxış edən "Samsung Galaxy S10 5G" smartfonunun tətbiqini nəzərdə tutur.
Qeyri-adi avtomobilin imkanlarının nümayişi zamanı drift üzrə çempion Von Qittin avtomobili virtual reallıqda distansiyadan idarə edərək dünyanın məşhur "Goodwood Hillclimb" yolunun keçilməsini göstərib.
Bildirilir ki, informasiyanın ötürülməsi üçün dünyanın ən məşhur mobil rabitə operatorlarından olan "Vodafone" şirkətinin yüksəksürətli "5G" şəbəkəsindən istifadə olunub.
"Qudvudun digər nöqtəsində olan sürücü avtonom avtomobili virtual reallıq eynəyi vasitəsilə idarə edir. "Vodafone 5G" şəbəkəsi "4G" ilə müqayisədə məlumatların 10 dəfə sürətli ötürülməsini və siqnalın cüzi yubanmasını təmin edir ki, bu da ani çağırışın həlledici əhəmiyyətə malik olduğu vəziyyətdə çox vacibdir", - layihə iştirakçıları bildirib.