Türk diplomatın öldürülməsinə Ərdoğandan REAKSİYA
30.11.-0001
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbil şəhərində türk diplomatlara qarşı təşkil edilmiş hücuma münasibət bildirib.
Bu barədə Türkiyə mətbuatı yazıb.
"Ərbildə konsulluq əməkdaşlarımıza qarşı təşkil edilmiş mənfur hücumu qınayıram. Hücumda şəhid olan əməkdaşımıza Allahdan rəhmət diləyirəm. Hücumu təşkil edənlərin sürətlə tapılması üçün İraq hökuməti və yerli rəsmilərlə təşəbbüslərimiz davam edir”, - Ərdoğan bildirib.