AKP-də istefalar başladı - Babacan düyməyə basdı
17.07.2019
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) 89 üzvü partiya sıralarından istefa verib.
Məlumatda sabiq AKP üzvlərinin keçmiş iqtisadiyyat naziri Əli Babacanın quracağı yeni siyasi partiyaya qatılacağı bildirilib.
Əli Babacanın AKP-dən gedişinin kütləvi istefalara yol açdığı iddia olunub.
İstefa edənlərin qeydiyyat üçün qurulması ehtimal edilən yeni siyasi partiyanın rəhbərliyinə müraciət edildiyi deyildiyi halda, daha bir iddia gündəmi zəbt edib.
Məlumata görə, Əli Babacan AKP daxilindəki narazı kəsimlə təmaslara keçərək, onları öz partiyasına cəlb etmək üçün danışıqlara başlayıb.