Tonoyan ABŞ səfiri ilə görüşüb
17.07.2019
Ermənistanın Müdafiə naziri David Tonoyan ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi ilə görüşüb.
Bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Görüş zamanı Ermənistan-ABŞ arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq müzakirə edilib.
Qeyd edək ki, son günlər ABŞ rəsmiləri ilə Ermənistan nümayəndələrinin görüşü sıxlaşdırılıb. Belə ki, bu günlərdə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Vaşinqtona səfər edib. Ayın 18-də isə Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a gedəcəyi gözlənilir.