Türkiyə kəşfiyyata 4-cü gəmisini hazırlayır
17.07.2019
Türkiyə Aralıq dənizinin şərqində aparılan kəşfiyyat və qazıntı işlərinə 4-cü gəmisini yollayacaq.
"Anadolu” xəbər verir ki, bunu ölkənin Enerji ve Təbii sərvətlər naziri Fatih Dönmez, Twitter hesabından etdiyi paylaşımda bildirib.
Onun dediyinə görə, Aralıq dənizinin şərqində aparılan işlər eyni əzimliklə davam etdiriləcək: artıq qazıntı yerində olan 3 gəmiyə daha biri – "MTA Oruç Reis” əlavə olunacaq.