Klaudio “Qalatasaray”dan GETDİ
17.07.2019
Türkiyənin "Qalatasaray” futbol klubunun məşqçilər korpusunda dəyişiklik edilib.
Braziliyalı Klaudio Taffarel İstanbul klubunun qapıçılarla işləyən məşqçi postundan ayrılıb.
Bu, Braziliya yığmasının və "sarı-qırmızılar”ın sabiq qolkiperinin istəyi ilə reallaşıb. O, klub rəhbərliyi və baş məşqçi Fatih Terimə yorulduğunu üçün komandanı tərk etmək istədiyini bildirib. Amma K.Taffarelin bu addımının yalnız Braziliya millisində çalışmaq istəməsi ilə bağlı olması iddia edilir.
Qeyd edək ki, 1988-98-ci illərdə Braziliya yığmasında çıxış edən qapıçı 1998-2001-ci illərdə "Qalatasaray”ın şərəfini qoruyub.