Sarayda yaralananlarla bağlı son xəbər
17.07.2019
Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.
"1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. Vəziyyəti isə orta-ağır stabildir”.
Xatırladaq ki, bir neçə gün öncə Şəki Xan Sarayının qarşısında Xan Çinarın budağının qırılması nəticəsində 19 nəfər xəsarət almışdı.
İyulun 15-də onlardan biri – Xatirə Ağamalıyeva Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.