Dünya müharibəsinin ayaq səsləri: "ABŞ Suriyaya raket atsa..."
11.04.2018
ABŞ-ın Suriyaya atacağı raketlər dərhal vurulacaq.
"Dövran Media" xəbər verir ki, bu sözləri Rusiyanın Livandakı səfiri Aleksandr Zaspikin Hizbullaha yaxınlığı ilə tanınan "Manar” kanalına deyib.
Səfir bununla bağlı hazırlıq görüldüyünü, atılan raketləri zərərsizləşdirəcəklərini bildirib.
Qeyd edək ki, Şərqi Qutanın Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 80 nəfər həlak olub. Bundan sonra ABŞ-ın Suriyaya cavab zərbəsi endirəcəyi ilə bağlı iddialar səsləndirilib.
Bunun ardınca Rusiyanın Suriyada yerləşdirdiyi S-400-lər tam döyüş hazırlığına gətirilib.