116 saat tualetdə oturdu - VİDEO
16.07.2019
Belçikalı "Ginnesin Rekordlar Kitabı”na düşmək naminə 116 saat unitazda oturub.
Cimmi De Frenn bu məqsədlə Ostende şəhərindəki barların birində unitazda əyləşib.
Onun hədəfində 165 saat olub. Lakin yuxusuzluq pis
təsir etdiyinə görə 116 saatdan çox dayana bilməyib.
Belçikalıya hər saatda beşdəqiqə fasilə imkanı verilib. O, bu müddət ərzində gəzişib və tualetdən istifadə edib.