Jirinovski: Ərdoğan şəxsən mənə söylədi...
16.07.2019
Türkiyə NATO-dan çıxmağa hazırdır.
Xəbər verildiyi kimi, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.
Telegramda fikirlərini paylaşan partiya rəhbəri qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bu məsələyə toxunublar:
"Ərdoğanla iki dəfə görüşdüm. Mənə şəxsən Türkiyənin NATO-dan çıxmağa hazır olduğunu söylədi. Avropa ittifaqına üzv olmaq istəyirlər, ancaq qəbul edilmirlər. Tələbləri ard-arda yerinə yetirirlər, lakin ittifaqa daxil olunmurlar. NATO-ya isə ilk qəbul edilənlərdən oldular. Ona görə ki, yerləşdikləri bölgə Rusiyaya qarşı hərəkət etmək üçün uyğundur”.