03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Onlayn könüllü”! - İlk dəfə

16.07.2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi "Könüllü DOST” proqramı çərçivəsində Azərbaycanda ilk olacaq daha bir layihəyə imza atır.
Nazirlikdən  verilən məlumata görə, Agentlik tezliklə "Onlayn könüllü” proqramını reallaşdıracaq.
Evdə və yaxud istənilən başqa məkanda olaraq da DOST Agentliyinin könüllüsü kimi fəaliyyət göstərmək mümkün olacaq. Bunun üçün yalnız kompüter, planşet və ya smartfon kifayət edəcək!
Bu proqram həmçinin əlilliyi olan şəxslərin sosial inteqrasiyası baxımından uyğunluq təşkil edir və onların evdən çıxmadan könüllü kimi fəaliyyət göstərmələri üçün yaxşı imkan yaradır.
"Onlayn könüllü”lər təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqları onlayn qaydada yerinə yetirəcəklər.
Namizədlərin qeydiyyatı barədə tezliklə məlumat veriləcək.