Rusiya qəfil hücuma hazırlaşır – Sensasion hesabat
16.07.2019
Rusiya Avropaya hücum etmək və burada müharibələr təşkil etmək məqsədilə qadağan edilmiş raketlərin gizli şəkildə ehtiyatını toplayır.
Xəbər verildiyi kimi, bu barədə "Die Velt” nəşri alman ordusunun istefada olan general-leytenantı, NATO Baş katibinin keçmiş müavini Henrix Braus və Təhlükəsizlik Siyasəti İnstitutunun direktoru Yoahim Krauzun hazırladığı hesabat əsasında informasiya yayıb.
Nəşrin yazdığına əsasən, Avropanın başının ekologiya və iqlim məsələlərinə qarışdığı bir vaxtda Rusiya nüvə silahının istifadəsi ilə regional müharibələrə hazırlaşıb. Bu münaqişələrdə əsas rolu isə coğrafi mövqeyinə görə məhz Almaniya oynamalıdır.
Mənbələrin fikrincə, Rusiya Avropaya gözlənilmədən zərbə vuracaq, çünki Moskva yalnız bu yolla NATO ilə münaqişədən qalib ayrıla bilər.
Rusiyanın mümkün hücumu üçün əsas hədəflər kimi Ukrayna, Baltikyanı, Qara dəniz regionu və Polşa göstərilib.