Jirinovskinin Türkiyə ilə bağlı proqnozu reallaşır - VİDEO
15.07.2019
S-400-lərin Türkiyəyə gəlişindən sonra Rusiya-Türkiyə münasibətlərinin gələcəyinə dair müxtəlif proqnozlar peyda olmağa başlayıb.
Bu proqnozlar arasında daha çox diqqət cəlb edən Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin bir neçə il öncə səsləndirdiyi ifadələr olub. Belə ki, Jirinovskinin Türkiyə-Rusiya yaxınlaşması ilə bağlı bir neçə il öncə səsləndirdiyi ifadələri yenidən gündəmə jurnalist Dmitri Smirnov öz Tvitter səhifəsində gətirib. Smirnov Jirinovskinin çıxışının 2016-ci ilə aid olduğunu və burada onun Türkiyənin Rusiyaya Belarus, Qırğızıstan və hətta Ermənistandan da yaxın olacağını dediyini bildirib:
"Cəmi üç il keçib, amma Jirinvoskinin sözləri artıq qeyri-real görünmür”.
Qeyd edək ki, həmin çıxışında Jirinovski həmçinin Türkiyənin NATO-dan çıxacağını və Şanxay Əməkdaşlıq Təşkilatıyla Gömrük İttifaqına üzv olacağını bildirmişdi.